Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada koronavirus qurbanlarının sayı 28 mini ötüb

Fransada koronavirus qurbanlarının sayı 30 minə yaxınlaşır. Bu barədə “Le Parisi­en” məlumat yayıb. Mənbə qeyd edir ki, son bir sutkada ölənlərin sayı 110-u ötüb.

RİA “Novosti” isə Fransa Səhiyyə Baş İdarəsinə istinadən yazır ki, bununla da koronavirus qurbanlarının sayı 28 min 132 nəfərə çatıb. Məlumatlara görə, 17 min 812 insan xəstəxanalarda, 10 min 320 nəfər sosial və tibbi-sosial müəssisələrdə virusdan ölüb.

Məlumatda deyilir: “Hazırda xəstəxanalarda 17 min 941 nəfər müalicə alır, halbuki bir həftə öncə 21 min 71 nəfər xəstəxanaya yerləşdirilmişdi. Son bir gün ərzində daha 432 nəfər xəstəxanaya yerləşdirilib”.

Hazırda xəstəxanaların reanimasiya şöbələrində 1794 nəfər müalicə olunur.

Epidemiya yayılandan bəri koronavirusdan 63 min 354 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də in­feksiyanın adını COVİD-19 qoyub, martın 11-də isə pande­miya elan edib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

22 2020 02:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə