Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə təhlükəsizlik toplantısı keçirilib

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbuldakı Huber köşkündə təhlükəsizlik məsələləri üzrə iclas keçirilib. “Anadolu” agentliyinin məlumatına görə, tədbirdə bir sıra mühüm regional məsələlər, o cümlədən Suriya, İraq və Liviyadakı vəziyyət müzakirə olunub.

Üç saata yaxın davam edən tədbirdə vitse-prezident Fuat Oktay, Xarici İşlər naziri Möv­lud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler və başqa rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyası elan olunduqdan sonra ilk dəfədir ki, dövlət başçısı videokonfrans formatında olmayan canlı görüş keçirib. Görüş sosial məsafə gözlənilməklə baş tutub.

Bu arada Milli Müdafiə na­ziri Hulusi Akar jurnalistlərə bil­dirib ki, son günlər Türkiyənin hərbi dəstəyi sayəsində Liviya Razılıq Hökumətinin silahlı qüvvələri qiyamçı general Xəlifə Həftərin yaraqlıları ilə döyüşlərdə üstünlük əldə ediblər. Nazir həmçinin qeyd edib ki, Türkiyə hərbçiləri ha­zırda Suriya və İraqın şimalında terrorçular ilə mübarizəni davam etdirir. Onun sözlərinə görə, bu ilin əvvəlindən regionda 1411 terrorçu zərərsizləşdirilib.

H.Akar yeni koronavirus infeksiyasının yayılmasına qarşı qardaş ölkənin silahlı qüvvələrində görülən işlərdən də danışıb. Qeyd edib ki, bugünədək yoluxanların sayına görə Türkiyə ordusun­da vəziyyət əksər ölkələrlə müqayisədə daha yaxşıdır. General fəxrlə deyib: “Bu, həqiqətən böyük uğurdur. Biz bundan sonra da bu istiqamətdə lazımi tədbirləri görəcəyik.”

M.HACIXANLI, “Xalq qəzeti”

22 2020 02:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə