Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Felippe Koutinyo diqqət mərkəzindədir

Almaniya Bundesli­qasının lideri “Bavariya” “Barselona”nın futbolçusu Felippe Koutinyonu transfer etməyə çalışır. Bu barədə “Eurosport” məlumat yayıb.

Qeyd olunur ki, braziliyalı futbolçu ötən ilin yayından illik 8,5 milyon avro icarə əsasında “Bavariya”ya keçib. Cari mövsümdə Bundesliqada 22 oyunda mey­dana çıxan futbolçunun hesabında 8 qol və 6 məhsuldar ötürmə var. Bunu nəzərə alan “Bavariya” rəhbərliyi onu birdəfəlik transfer etmək qərarına gəlib.

Yeri gəlmişkən, Koutinyonun “Barse­lona” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. “Bavariya” və “Barselona” klubları arasında müqavilənin şərtlərinə əsasən Münxen təmsilçisi 120 milyon avro qarşılığında futbolçunu birdəfəlik transfer edə bilər.

Məlumat üçün deyək ki, hazırda Koutinyonu heyətinə cəlb etmək istəyən əsas klublardan biri də İngiltərənin “Man­çester Yunayted” komandasıdır. “Qırmızı şeytanlar”ın da yaxın günlərdə Koutinyo­nun transferi üçün La Liqa təmsilçisinə təklif göndərəcəyi gözlənilir.

F.Koutinyo ilə həmçinin İngiltərənin “Çelsi”, “Tottenhem” və “Liverpul” klubları da yaxından maraqlanırlar.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

22 2020 02:05 - İDMAN
İDMAN
2 İyun 2020 | 10:52
"Qəbələ" avrokuboklarda
1 İyun 2020 | 10:50
Lionel Messi təəssüfləndi
1 İyun 2020 | 01:01
Ən yaxşı müdafiəçi

Köhnə versiyamızdan xəbərləri izlə