Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmaqda davam edir

Amerika Neft İnstitutunun ( ARİ) ABŞ-da neft ehtiyatının azalması xəbərindən sonra dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 4,54 faiz artaraq bir bareli 36,28 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlan­dırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 3,37 faiz artaraq bir bareli 33,24, Azərbaycanın “AzeriLight” mar­kalı neftinin qiyməti 0,12 faiz artaraq bir bareli 37,21 dollar olub.

Ekspertlər bildiriblər ki, OPEC+ dövlətləri hasilatı azaltmaqda davam edəcəklər. Hasilat maksimum həddə–sutkada 9,7 milyon barel azal­dılır. Bundan əlavə, bir çox ölkələrdə müəssisələrin işə düşməsi, iqtisadi inkişafın artması dünya bazarında “qara qızıl”ın bahalaşmasına səbəb olacaq.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

22 2020 02:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə