Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşlarımız dövlətimizə dərin inam bəsləyir

Son illər iqtisadiyyatımızda baş verən müsbət dəyişikliklərlə  paralel olaraq iqtisadiyyatın inkişaf etdirilməsi, gəlirlərin şəffaflaşdırılması istiqamətində də əməli tədbirlər görülməkdədir. Belə ki, 2019-cu il üzrə dövlət büdcəsinə fiskal siyasətin həyata keçirən Vergi və Gömrük orqanları tərəfindən proqnozlaşdırılmış vəsaitdən büdcəyə 1.5 milyard manat əlavə vəsaitin daxil olması təmin olunmuşdur.

Cənab Prezidentin rəhbərilyi ilə bu ilin birinci rübünün müzakirəsində də makroiqtisadi sabitliyin qorunması, əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması və qeyri-neft sektorunun şaxələndirilməsi əsas prioritet məsələlər kimi müzakirə olunmuşdur. Təkcə gömrük orqanları tərəfindən 2020-ci ilin birinci rübündə pronozlaşdırılmış 900 milyon manatdan əlavə 90 milyon manat dövlət büdcəsinə vəsait köçürülmüşdür. Habelə qeyri-formal əmək müqavilələrinin qediyyata alınması sayında 105 min nəfər artım olunmuşdur. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 21.3% artaraq 1.4 mlrd manat təşkil etmişdir.

Beləliklə də koronavirus pandemiyası dövründə muzdla işləyən 1.7 milyon yaxın vətəndaşımızın məşğulluğu təşkil edilmiş və risklərdən qorunmuşdur. Cənab Prezidentin dəfələrlə sahibkarlara müraciət etməsi, qeyri-formal məşğulluğa son qoyulması, fəaliyyətlərinin ağardılması, maliyyə intizamına riayət olunması çağırışları iqtisadiyyatımızın dayanıqlılığının təmin olmasında mühüm rol oynamışdır.

Lakin, təəsüflə onu da qeyd edirəm ki, hələ də sahibkarlıq subyektlərində əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən və bu işi davam etdirməkdə olan şirkətlər var ki, onlara da müraciət edərək fəaliyyətlərini dövlətimizin qanunları çərçivəsində qəbul olunan qərarların əsasında təmin etsinlər və gələcəkdə insanlarımızın əlavə problemlərlə, risklərlə üz-üzə qalmamasında dövlətimizə kömək olsunlar.

Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

21 2020 18:14 - CƏMİYYƏT
CƏMİYYƏT
12 Avqust 2020 | 04:06
Fədakar arxeoloq

Köhnə versiyamızdan xəbərləri izlə