Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə mətbuatı Ermənistanın Şuşa təxribatını pisləyir

Asif Kurban: Separatçı rejimin cinayətə dəstəyi dayandırılsın

Azərbaycanın Şuşa şəhərində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyana “andiçmə mərasimi” düzənlənlənməsi və  “qondarma rejim”in saxta seçkiləri  Türkiyə mediasında da hiddət və qəzəblə qarşılanmışdır. Qərargahı Turkiyənin  İzmir şəhərində yerləşən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin (AKİDER) rəhbəri Asif Kurbanın Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma seçkilərin beynəlxalq hüquqa, sülhə və sabitliyə təhlükə yaratdığını bildirən və Türkiyə mətbuatında yayılan bəyanatı da bunu bir daha təsdiqləyir.

“TRT haber”də yayılan açıqlamasında Asif Kurban dünyanın yeni koronavirus (Kovid-19) ilə qarşılaşdığı bir vaxtda Dağlıq Qarabağda saxta seçki keçirildiyini və Azərbaycanın işğal olunmuş tarixi şəhəri olan Şuşada and içmə mərasiminə cəhd edildiyini bildirir və bu təxribata Ermənistan prezidenti Nikol Paşinyan rəhbərlik etdiyini açıqlayır. Seçkinin Dağlıq Qarabağdakı mövcud qeyri-qanuni vəziyyətin birtərəfli qaydada qanuniləşdirilməsinin təzahürü olduğunu bildirən Kurban, "bunun təkcə Azərbaycana qarşı yox, həm də  beynəlxalq  sülhə və sabitliyə təhdiddir” deyə dəyərləndirir.  

Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini vurğulayan AKİDER sədri beynəlxalq təşkilatların və dövlətlərin seçkiləri tanımadıqlarını bəyan edir:

- Avropa Birliyi, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA, bir sıra nüfuzlu media orqanları və nüfuzlu şəxslər də daxil olmaqla dünyanın bir çox ölkələri bu qondarma seçkiləri təxribat kimi qiymətləndiriblər.  Hər kəsə məlumdur ki, bu Qafqazda sülh və sabitliyə təxribatdır. Onlar bu addımları ilə problemin dinc yolla həllinə ciddi maneə yaratmaqda və beynəlxalq hüquq normalarını  təhdid etməkdədirlər. Yalnız Ermənistan rəhbərliyi və erməni lobbisi tərəfindən irəli sürülən, heç bir beynəlxalq təşkilat və ya ölkə tərəfindən tanınmayan qondarma rejim tərəfindən təşkil edilən qondarma seçkilər beynəlxalq hüquqa ziddir. Bununla da Ermənistan tərəfi Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş sülh danışıqlarına zərbə vurdular. Bunu masaya qoymaqla, qarşı tərəf problemi həll etmək niyyətində olmadığını göstərmiş oldu. Qeyri-qanuni bir parlament tərəfindən saxta seçki keçirmək Ermənistanın sülh danışıqlarında beynəlxalq birliyi aldatmağa çalışdığını bir daha sübut edir.

AKİDER sədri Asif Kurban bəyanatında beynəlxalq qurumların və dövlətlərin Ermənistana qarşı ciddi təzyiq göstərməli olduğunu da  təkidlə bildirir:

- Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan saxta prezident seçkiləri və and içmə mərasimlərini qəbul etmirik. Türkiyədə yaşayan azərbaycanlılar, seçki prosesini və andiçmə mərasimini işğal edilmiş Azərbaycan ərazilərində, xüsusən Xocalı faciəsində sadə vətəndaşları qətlə yetirən separatçı rejim və Ermənistanın cinayətkar fəaliyyətinin davamı kimi qəbul edir və bu təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik. Biz separatçı rejimin saxta prezidentinin and içmə mərasiminin təşkilinə icazə verilməməsini və Ermənistanın bu cinayətə dəstəyinin dayandırması üçün dərhal müdaxilə edilməsini istəyirik.

Qeyd edək ki, Turkiyənin  İzmir şəhərində yerləşən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin sədri Asif Kurbanın “TRT haber”də yayılan bəyanatında belə deyilir.

Namiq Qədimoğlu,
“Xalq qəzeti”

21 2020 17:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Sentyabr 2020 | 10:00
Mənanın sərrafı, sözün vaqifi

Köhnə versiyamızdan xəbərləri izlə