Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Komitə sədrindən ATƏT PA üzvlərinə çağırış

Azərbaycan Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri,  Milli Məclisin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin sabiq rəhbəri Bahar Muradova  rəsmi “Facebook” səhifəsi vasitəsilə keçmiş avropalı həmkarlarına müraciət yayıb. Müaricəti təqdim edirik:

Dəyərli, keçmiş həmkarlarım!

ATƏT in Minsk Qrupunun Həmsədrlərinin, ATƏT PA nın üzvlərinin diqqətini növbəti dəfə Ermənistanın beynəlxalq hüququn prinsiplərinə saymazyana münasibəti ilə müşaiyət olunan təcavüzkar siyasətinə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda kecirilən qondarma seckinın "nəticələrini" legitimləşdirmək cəhdlərinə cəlb etmək istəyirəm.Haqlı olaraq bir sıra beynəlxalq təşkilatların, o cümlədən Sizin də tanımadığınız bu secki şousunu Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində qondarma andicmə mərasimi ilə yekunlaşdırmaq   niyyətlərinə biganə qalmayın.

Mənim kecmiş həmkarlarım,unutmayın ki, bu Sizin Dağlıq Qarabağ və ətraf rayonlardan didərğin salınmış Azərbaycan vətəndaşları və həmcinin Azərbaycan respublikasının (üzv dövlət kimi)qarşısında yerinə yetirməli olduğunuz öhdəliklərinizdən biridir.Cünki həm beynəlxalq hüquqa, həm rəhbəri və üzvü olduğunuz təşkilatın təməl prinsiplərinə və fəaliyyəti dövründə qəbul etdiyi sənədlərdə əksini tapan müddəalara görə Siz bunu etməlisiniz.

Həm də ona görə ki,hazırkı vəziyyət dünya nizamına və bir cox məsələlərə tamamilə yeni baxış və həll varıantlarının tapılmasını diktə edir.

Laqeydliyin,biganəliyin və cəzasızlığın doğurduğu ağır nəticələrin, insan faciələrinə loyal və dözümlü münasibətlərin aradan qaldırılması ücün kollektiv məsuliyyətlərin daha dərindən dərk olunması cox vacibdir.Odur ki, Dağıdıcı və təcavüzkar mahiyyət kəsb edən "siyasətlərə"və onun nəticələrini qanuniləşdirməyə yönəlmiş belə aktlara ATƏT regionunda yer olmadığını Ermənistan Respublikasının nasist ideyalara əsaslanan rəhbərliyinin diqqətinə catdırmaq ücün Sizdən asılı olan bütün addımları atmağa cağırıram !!!

Hazırladı:
Anar Əlisoy,
“Xalq qəzeti”

21 2020 17:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə