Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Biznes Universiteti beynəlxalq layihə çərçivəsində onlayn iclas keçirmişdir

Koronavirus (Covid-19) pandemiyası şəraitində Bakı Biznes Universitetində tədris prosesi ilə bərabər, digər istiqamətlərdə də işlər onlayn şəkildə müvəffəqiyyətlə davam etdirilməkdədir.

Universitetin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus + layihəsinin icrasının fasiləsizliyini təmin etmək məqsədilə layihənin bütün tərəfdaş universitetlərinin– İngiltərənin “Middlesex” Universitetindən dosent George Dafaoulasın, İspaniyanın “Alikante” Universitetindən doktor Denis Galvinin, Litvanın SMK Tətbiqi Elmlər Universitetindən dosent Inga Juknytė-Petreikienėnin, İsveçin Kral Texnologiya İnstitutundan doktor Viktor Kordosun və 11 Azərbaycan universitetinin məsul şəxslərinin iştirakı ilə növbəti onlayn iclas keçirilmişdir.

İclasda “Daxili keyfiyyət Ttminatına dair qaydalar”ın hazırlanması müzakirə edilmiş, tərəflərin razılığı ilə  sənədin ərsəyə gətirilməsinin  onlayn həyata keçirilməsinə və ekspertlər tərəfindən rəy verilməsinə dair qərar qəbul edilmişdir. Bakı Biznes Universitetinin layihələr şöbəsinin müdiri, icraçı koordiantor Gülşən Bayramova yerli tərəfdaş universitetlərin yekun hesabatları hazırlayaraq Bakı Biznes Universitetinə göndərməsini tərəfdaşların diqqətinə çatdırmışdır.

Onlayn iclasda layihənin 1 il müddətinə uzadılması ilə əlaqədar iş planında 2020-ci il üçün nəzərdə tutulmuş yerli tərəfdaş universitetlərin tələbələrinin Litvanın SMK Tətbiqi Elmlər Universitetinə səfəri, Avropalı ekspert Inga Juknytė-Petreikienėnin Azərbaycan universitetlərində aparacağı monitorinqlər, eləcə də “QPR  proqram təminatı” ilə  əlaqədar Bakı Biznes Universitetində nəzərdə tutulan təlimlərin 2021-ci ilə təxirə salınması qərara alınmışdır.

R.TAHİR,
“Xalq qəzeti”

21 2020 14:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə