Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İcbari tibbi sığorta hesabına olmayacaq xidmətlər

Azərbaycanda icbari tibbi sığorta sisteminə bu il daxil olmayan tibbi xidmətlərin adları mediaya açıqlanıb.

Azərbaycan – Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər üçün “İcbari Tibbi Sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda keçirilən tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin       

Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib ki, icbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlər psixi davranış pozuntularının müayinə və müalicəsi, QİCS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlərdir: “Bunlar icbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlərdir. Agentlik çevik mexanizm üzərində işləyir. Ola bilsin ki, sonrakı illərdə bu xidmətlər də təminata alınsın. Bunlar əsasən, dövlət proqramı çərçivəsində maliyyələşən xəstəliklərdir”.

E.Eyvazov qeyd edib ki, bu il yanvarın 1-dən ölkə üzrə 4 mərhələli şəkildə tətbiq olunmağa başlayan icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən ilkin mərhələdə ölkə əhalisinin 27 faizi faydalanacaq. Ən son olaraq, Bakı və Sumqayıtda icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin tətbiqinə başlanacaq və bununla da icbari tibbi sığorta sisteminin əhatə dairəsi 100 faizə çatdırılacaq.

R.TAHİR,
“Xalq qəzeti”

21 2020 14:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə