Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda bir neçə marşrut xətti üzrə müsabiqə elan olunub

Bakı Nəqliyyat Agentlliyi 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə elan etdiyi müsabiqənin şərtlərini açıqlayıb. 

Agentlikdən mediaya verilən məlumata görə, şərtlərlə qurumun internet səhifəsinin müsabiqələr bölməsində tanış olmaq mümkündür. 

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər 24 fevral 2020-ci il, saat 17:00-a qədər Agentliyə ərizə ilə mürciət etməlidirlər.

R.TAHİR,
“Xalq qəzeti”

21 2020 14:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə