Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün AzTV-nin 64 yaşı tamam olur

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb. O, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Bakı studiyası əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən isə 5 dəfə 2 saatlıq proqramla efirə çıxıb. 1962-ci ildən gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırılıb.

1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün 1981-ci ildə yeni teleqüllənin tikintisinə start verilib və 1996-cı ildə teleqüllə istismara verilib. 2008-ci ildə isə teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanılıb.Görülən tədbirlər  nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub.

R.TAHİR,
“Xalq qəzeti”

21 2020 14:22 -

Köhnə versiyamızdan xəbərləri izlə