Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Türk Hava Yolları” uçuşların dayandırılma müddətini uzadıb

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Türkiyənin "Türk Hava Yolları" aviaşirkəti uçuşların dayandırılma müddətini uzadıb.

Məlumata görə, bu barədə aviaşirkətin idarə heyətinin rəhbəri İlker Aycı bildirib.

Qeyd edilib ki, bu şirkət tərəfindən həyata keçiriləcək ölkədaxili aviareyslər iyunun 4-dən, xarici uçuşlar isə 10-dan etibarən başlayacaq.

Xatırladaq ki, "Türk Hava Yolları" tərəfindən həyata keçiriləcək aviareyslərin mayın sonlarına doğru başlaması nəzərdə tutulurdu.

Elçin ABBASOV,
“Xalq qəzeti”

21 2020 14:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə