Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İngiltərəyə qarşı məhkəmə iddiası qaldırılıb

BBC-nin yaydığı məlumata görə, Venesuela Mərkəzi Bankı İngiltərə Mərkəzi Bankına qarşı məhkəmə iddiası qaldırıb.

Qeyd edilir ki, Venesuela Mərkəzi Bankı 2018-c ildən bu yana İngiltərə Mərkəzi Bankında saxladığı 1 milyard dollar dəyərində olan qızıl ehtiyatını geri ala bilmir. Hazırda İngiltərə Mərkəzi Bankında Venesuelaya aid 31 ton qızılın olduğu bildirilir.

Venesuela qızıl ehtiyatlarının bir hissəsini satmaq qərarını verib, amma İngiltərə Mərkəzi Bankı onun bu qərarını ertələyib. Venesuela qızıl satışından əldə edilən maliyyəni ölkədə COVİD-19-a qarşı görülən tədbirləri maliyyələşdirməyi planlayırmış.

Elçin ABBASOV,
“Xalq qəzeti”

21 2020 14:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə