Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çində vəhşi heyvanların ovlanması və yeyilməsi qadağan edildi

“Sinxua” agentliyinin yaydığı məlumata görə, COVİD-19 pandemiyasının ortaya çıxdığı Çinin Uhan şəhərində vəhşi heyvan ticarətinin qadağan edilməsindən sonra onların ovlanmaması və yeyilməməsi ilə bağlı da qərar verilib.

Qeyd edilir ki, Uhanda balıq çeşidləri daxil olmaqla, bütün vəhşi heyvanların (Qəfəslərdə xüsusi qulluq olunanlar daxil) istehlakı qadağan edilib.

Qeyd edək ki, yeni növ koronavirusun kökünün haradan gəldiyi konkret müəyyən edilməyib. Amma böyük ehtimalla yeni virusun yarasadan ortaya çıxdığı və ondan digər vəhşi heyvana, sonra isə insana keçdiyi bildirilir.

Xatırladaq ki, virusun ötən ilin dekabr ayında ortaya çıxmasından sonra Çin yanvarda bütün vəhşi heyvan ticarətini dayandırmışdı. Lakin Çin və başqa ölkə bazarlarında vəhşi heyvan ətlərinin satılması haqda xəbərlər də yayılır.

Elçin ABBASOV,
“Xalq qəzeti”

21 2020 14:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə