Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Volkswagen” şirkəti mindən çox avtomobili geri çağırıb

Almaniyanın “Volkswagen” şirkəti Rusiya bazarında  satılmış 1099 avtomobili geri çağırıb. Bu barədə “AutoBild.de” məlumat yayıb.

Qeyd olunur ki, qərara avtomobillərin mühərrikində transmissiya yağlarının sızması səbəb olub.

Geri çağırılma qərarı 2019-ci ildə istehsal olunan "Volkswagen Touareg" modellərinə şamil olunub.

Həmin avtomobillərdə zərurət yaranacağı təqdirdə detallar ödənişsiz dəyişdiriləcək.

Elçin ABBASOV,
“Xalq qəzeti”

21 2020 14:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə