Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 
Biz Azərbaycan-Almaniya münasibətlərinə böyük əhəmiyyət veririk. Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin gündən-günə genişlənməsi məmnunluq doğurur.   
İnanıram ki, ölkələrimiz arasındakı əməkdaşlıq, eləcə də çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimiz bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir. 
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və rifah diləyirəm. 
Hörmətlə, 
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr  2018-ci il

 

2 Oktyabr 2018 23:11 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə