Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimli “blokadası”, yoxsa Niyaməddin Əhmədov terroru?!

Bütün dünya COVİD-19 virusundan əziyyət çəkir. ABŞ , Rusiya, Almaniya, Fransa, Çin, İtaliya, Böyük Britaniya və digər dövlətlər bu gözəgörünməz düşmənlə mübarizə aparırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtında və düzgün atdığı addım, yeritdiyi  siyasət  nəticəsində ölkəmizdə COVİD-19 virusuna yoluxma və ölüm halları xeyli azaldı. Dünyanın inkişaf etmiş ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycandan nümunə götürməyə başladılar və indi də bu proses davam edir. Möhtərəm Prezidentimiz bildirdi ki, əhalinin sağlamlığı onun üçün ən vacibdir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva iki dəfə xalqa müraciət etdi. Əsl Azərbaycan xanımına xas, bir ana kimi hamıya “evdəqal” çağırışı etdi.

Belə bir çətin vəziyyətdə isə özünü müxalifət adlandıran, “görkəmli hüquqşünas”, Mətin komsomol”, fəal cəbhəkrat,ermənipərəst 2015-ci ildən bəri qeydə alınmamış AXCP adlı qurumun sədri Əli Kərimli xalqı aprelin 6-da mitinqə dəvət edirdi. Azərbaycanda xaoc, anarxiya, özbaşnalıq yaratmağı bir vəzifə kimi qarşısına qoymuş Əli Kərimli iqtidara iftira, böhtan atmaqda hələ də davam edir. Onun trolları- məntiqsiz Natiq Ədilov, Azərbaycana ən güclü ciyasi aksiya yeritmiş Qənimət Zahid, əvvəl iqtidarı mədh edən, yaltaqlanan, sonra isə xəyanət edən “möhtəşəm” Sevinc Osmanqızı Mirzəyeva Azərbaycan haqqında, Azərbaycan dövləti və hökuməti haqqında həqiqətə uyğun olmayan böhtanlar atır, müasir Azərbaycan dövlətini gözdən salmaqda davam edirlər.

Hələ bu ilin fevral ayında Münxen Təhlükəsizlik Şurasının iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı darmadağın etdi. Tezliklə Nikol Paşinyanın babasının alman faşistlərinə qulluq etdiyi və günahsız insanları qətlə yetirdiyi məlum oldu. Bütün sülhsevər dövlətlərin rəbərləri və başçıları möhtərəm Prezidentimiz İlham Əliyevi alqışladığı zaman ermənipərəst Əli Kərimli öz “buynuzlarını” göstərdi. Məlum oldu ki, Əli Kərimli, Cevinc Osmanqızı, Qənimət Zahid  Nikol Paşinyanı müdafiə etdilər. Belə vicdansızlara nə deyəsən?!

Bir neçə kəlmə də Əli Kərimlinin AXC ( indiki AXCP) sədri olmağı barədə.Əli Kərimli necə olub ki, AXC sədri olub. O vaxt mərhum Əbülfəz Elçibəy İbrahim İbrahimlini öz yerinə təyin etmişdi. Lakin Əbülfəz Elçibəy vəfat edəndən sonra Əli Kərimli tərəfdarları ilə İbrahim İbrahimliyə hücum edərək onu Cəbhədən uzaqlaşdırdı və özünü AXC sədri elan etdi. Bundan sonra AXC 4-5 yerə parçalandı.

Qayıdaq yenə də bugünki günə. Bir neçə gün əvvəl “fəal cəbhəkrat, erməni faşistlərini müdafiə edən Əli Kərimli bildirirdi ki, onun internet şəbəkəsini və mobil telofonunu bağlayıblar. Məlum oldu ki, “görkəmli hüquqşünas” qanunları pozaraq yenə də yalan danışır. İqtidara böhtan atır.

Bir neçə gün əvvəl isə qondarma milli şuranın iclasında əvvəllər iqtidara yaltaqlanan, sonra isə ona xəyanət edən Gültəkin Hacıbəylinin digər müxalifət partiyalarının üzvlərini cinsi azlıqda günahlandırması milli şuranın süqutunu yaxınlaşdırır. Digər müxalifət partiyaları da Əli Kərimlini, ABŞ-a qaçan , oradakı antiazərbaycanlılarla və ermənilərlə əlaqə yaradan, Azərbaycan dövlətinin məhvinə çalışan Əli Kərimlinin müavini ,” görkəmli tarixçi” Cəmil Həsənlini,antiazərbaycan qüvvələrə xidmət edən  Gültəkin Hacıbəylini kəskin tənqid etdilər.

Beləliklə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir uğuru, hər bir qələbəsi Əli Kərimli komandasını sıxır.

Nəhayət, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun keçirdikləri birgə əməliyyat nəticəsində məlum olub ki, “görkəmli hüquqşünas”ın mühafizəçisi Niyaməddin Əhmədov ölkəmizdə terror aktı hazırlayırmış.

Əli Kərimli, Cəmil Həsənli və digərləri bilməlidirlər ki, Azərbaycanın sükanı etibarlı, güclü əllərdədir. Əgər möhtərəm Prezidentimiz cənab  İlham Əliyevdə olan savadın, səviyyənin, siyasi mədəniyyətin, siyasi iradənin, dövlət idarəçiliyi qabiliyətinin yüzdə bir faizi Əli Kərimlidə, Cəmil Həsənli də olsaydı, onlar neyləyərdilər?!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Bu kurs çox möhkəmdir və heç kəs Azərbaycanın suverenliyinə, müstəqilliyinə xələl gətirə bilməz.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti” 

21 2020 10:49 - CƏMİYYƏT
CƏMİYYƏT
14 İyul 2020 | 17:26
Ad günün mübarək, Şəhidim

Köhnə versiyamızdan xəbərləri izlə