Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti dövlət büdcəsi hesabına nəqliyyat vasitələri üçün “Kasko” sığortasının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, Dövlət satınalmalarının https://www.eten­der.gov.az/ vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı (əsas şərtlər top­lusunu) əldə etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağı­dakı meyarlara üstünlük veriləcəkdir:

- mürəkkəblikdə və xüsusiyyətdə son 3 ilin analoji işlər üzrə təcrübəsi, müvafiq sığorta növü üzrə son 3 ildə yığılan sığorta haqlarının həcmi, müvafiq sığorta növü üzrə son 3 ildə sığorta edilən ödənişlərinin həcmi və iddiaçının maliyyə təklifi.

Müqavilənin şərtlərini yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara sahib olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşa­ğıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 190 manatdır.

H/h- AZ53AİİB33010019444805754148

VÖEN- 4700664781

Bank- “Kapital Bank”ASC-nin Qusar filialı

Kod- 200480

VÖEN- 9900003611

M/h- AZ­37NABZ01350100000000001944

S.W.İ.F.T: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qayta­rılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır;

-təminatın qüvvədə olma müddəti ten­der təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günündən çox olmalıdır;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid icra vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

-iddiaçının Azərbaycan Respublika­sında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyasının və müvafiq sığorta növü üzrə fəaliyyətinin həyata keçirilməsinə icazəsi.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə satınalan təşkilata ünvanla­ya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 17 iyun 2020-ci il saat 16.00-a, maliyyə göstəricilərinə aid sənədləri isə 29 iyun 2020-ci il saat 16.00-a qədər Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 29 iyun 2020-ci il saat 16.01-də açılacaqdır. İddia­çılar açılışın nəticələrilə dövlət satınalmala­rının vahid internet portalı vasitəsi ilə tanış ola bilərlər.

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmaları­nın vahid internet portalı vasitəsilə aparılır.

21 2020 03:24 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
10 İyul 2020 | 03:10
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə