Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UEFA: Milli çempionatlarla bağlı məsələ sadəcə tövsiyədir

UEFA milli çempionatların avqustun 3-dək başa çatdırılması məsələsinə aydınlıq gətirib.

"Report"un "France-Press" nəşrinə istinadən məlumatına görə, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin Fransanın "Lion" klubunun rəhbəri Jan-Mişel Olaya məktubunda yazıb.

Sloveniyalı funksioner bildirib ki, UEFA-nın yerli liqaların sözügedən müddətdə yekunlaşdırılması rəsmi qərar deyil, sadəcə tövsiyədir.

Qeyd edək ki, "Lion" avrokuboklardan kənarda qaldığı üçün Fransa Peşəkar Futbol Liqasından UEFA-ya şikayət edib və Liqa 1-in vaxtından əvvəl bitirilməsi qərarı ilə əlaqədar iki iddia qaldırıb. Qurum isə klub rəhbərliyinə məktub göndərərək milli çempionatların avqustun 3-dək başa çatdırılması məsələsinin yalnız tövsiyə olduğunu bildirib.

Salman Musaoğlu,
“Xalq qəzeti”

20 2020 10:30 - İDMAN
İDMAN
4 İyun 2020 | 22:54
PSJ Belyerinlə maraqlanır

Köhnə versiyamızdan xəbərləri izlə