Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UEFA "Neftçi"yə ödəniş etdi

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublara ödənişlər edib.

Sportline.az xəbər verir ki, 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına aşağıdakı cədvəl əsasında UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülmüşdür.
 
"Neftçi" - 15 446.42 avro
"Səbail" - 15 446.42 avro
"Qəbələ" - 15 446.42 avro
"Zirə" - 15 446.42 avro
"Sumqayıt" - 15 446.42 avro
"Sabah" - 15 446.42 avro
"Keşlə" - 15 446.42 avro
 
Qeyd: “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda  Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

20 2020 10:24 - İDMAN
İDMAN
4 İyun 2020 | 22:54
PSJ Belyerinlə maraqlanır

Köhnə versiyamızdan xəbərləri izlə