Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Onlar üçün Azərbaycan dili imtahanının müddəti azaldıldı

Qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanının müddəti azaldılıb.

Bu barədə Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlər  üçün Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanın müddəti 1 saat 30  dəqiqədən 45 dəqiqəyə endirilib.

Belə ki, abituriyentlər onlara təqdim olunan 30 tapşırığı 45 dəqiqə ərzində tamamlamalı olacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2020 10:18 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə