Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TANAP-ın ikinci fazası üzrə işlərin 85 faizi tamamlanıb

TANAP-ın ikinci fazası üzrə işlərin 85 faizi tamamlanıb

Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri layihəsinin ikinci fazası üzrə işlərin 85 faizi tamamlanıb.

Anadolu agentliyinin məlumatında deyilir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib.

Z.Qəhrəmanovun sözlərinə görə, Azərbaycan qazı iyunda TANAP ilə Əskişəhərə çatıb. Layihənin ikinci fazası üzrə işlər davam edir: “TANAP-ın ikinci fazası üzrə işlərin 85 faizi başa çatıb. Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra gələn ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək”.

Qeyd edək ki, TANAP layihəsinə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilib. Avqustun əvvəlində Avropa İttifaqı TANAP layihəsinə qrant ayırıb. Avropa Komissiyasının qitənin bir neçə mühüm enerji infrastrukturu layihəsinə “CEF Energy” (Connecting Europe Facility) proqramı çərçivəsində ümumilikdə 48,4 milyon avro dəyərində qrantın ayrılmasına dair təklifini Avropa İttifaqı müsbət cavablandırıb. Qərara görə, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsinə “Boru kəmərinin katod mühafizəsinin quraşdırılmasının yoxlanılması və infrastrukturda remodifikasiya işləri ilə əlaqədar çertyoj və diaqramların yenilənməsi” sahəsində iş həcmlərinə ümumilikdə 5 milyon 44 min 394 avro qrant ayrılıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

6 2018 17:57 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə