Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Bayer" səfərdə "Verder"i darmadağın etdi

Futbol üzrə Almaniya Bundesliqasında XXVI turun son oyunu "Verder" və "Bayer" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Bremendəki "Vezerştadion"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1. "Bayer"in qollarından ikisini Kay Haverts 28-ci və 33-cü dəqiqələrdə vurub. Həmçinin Mitçell Vayzer 61-ci, Kerem Demirbay 78-ci dəqiqə fərqlənib. "Verder"in yeganə qoluna isə 30-cu dəqiqədə Teodor Gebre Selassie imza atıb.

Bununla da xalını 50-yə çatdıran "Bayer" 5-ci pillədə möhkəmlənib. 18 xala və ehtiyatda bir oyuna malik "Verder" isə 17-cidir. 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

19 2020 10:16 - İDMAN
İDMAN
4 İyun 2020 | 22:54
PSJ Belyerinlə maraqlanır

Köhnə versiyamızdan xəbərləri izlə