Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayın 19-da gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq.  Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 11-14° isti, gündüz  21-25° isti olacaq.

Bakıda  gecə 12-14° isti, gündüz  22-24° isti olacaq.

Atmosfer  təzyiqi 766 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  70-80 %, gündüz 40-45% olacaq. 

Tibbi-meteoroloji proqnoz

Mayın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək Havanın temperaturu  gecə 12-17° isti, gündüz  25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz  15-20°  isti olacaq.

18 2020 12:50 - EKOLOGİYA
EKOLOGİYA
14 May 2020 | 10:05
Ov edən şəxs saxlanılıb

Köhnə versiyamızdan xəbərləri izlə