Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AVRO 2020-nin təşkili ilə bağlı problemlər var

UEFA Avropa çempionatını əvvəlcədən planlaşdırıldığından az şəhərdə keçirməyə hazır olacaq.

Sportline.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.

UEFA martın 17-də AVRO-2020-nin koronavirus pandemiyası səbəbindən təxirə salınmasına dair qərar qəbul edib. 12 iyun - 12 iyulda keçirilməli olan yarış gələn ilin 11 iyun - 11 iyuluna ertələnib.

"Prinsipcə bizim ideya çempionatı elə həmin şəhərlərdə keçirməkdən ibarətdir. Hazırda apardığımız danışıqlara əsasən, 9 şəhərlə bağlı hər şey yerindədir, 3 şəhərin isə problemləri var. Onları biz daha sonra müzakirə edəcəyik. Biz prinsipial olaraq, çempionatı 12 şəhərdə təşkil etmək istəyirik. Amma alınmasa, AVRO-2020-ni 10 şəhərdə də, 9-da da, 8-də də keçirməyə hazırıq" deyə Çeferin bildirib.

Qeyd edək ki, AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

18 2020 10:28 - İDMAN
İDMAN
4 İyun 2020 | 22:54
PSJ Belyerinlə maraqlanır

Köhnə versiyamızdan xəbərləri izlə