Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 176 Bakı şəhəri, 15 may 2020-ci il

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunu­nun 25-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2020-ci il 18 may saat 00:00-dan etibarən:

1.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində:

1.1.1. yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilsin;

1.1.2. bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərtilə aradan qaldırılsın;

1.1.3. restoran, kafe və çay evlərində, eləcə də ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa edilsin (qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

1.2. Azərbaycan Respublikasının ərazisində:

1.2.1. muzeylərin və sərgi zallarının fəaliyyəti bərpa edilsin;

1.2.2. 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına tətbiq olunan qadağa götürülsün.

2. “Koronavirus (COVID-19) infeksiya­sının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissə ləğv edilsin;

2.2. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisindəki ticarət mərkəzlərində (həmin ticarət mərkəzlərində yerləşən müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla) xidmətlər;”;

2.3. 3.3-cü bənddən “muzey və sərgi zalla­rının,” sözləri çıxarılsın;

2.4. 4.6.2-ci yarımbənd aşağıdakı redaksi­yada verilsin:

“4.6.2. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər, həmçinin evə götürmə, çatdırma xidmətləri, onlayn satışlar.”;

2.5. aşağıdakı məzmunda 4.14-cü bənd əlavə edilsin:

“4.14. muzeylərin və sərgi zallarının fəaliyyəti.”.

3. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş reji­minin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.2. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər, həmçinin evə götürmə, çatdırma xidmətləri, onlayn satışlar.”;

3.2. aşağıdakı məzmunda 13-cü hissə əlavə edilsin:

“13. Muzeylərin və sərgi zallarının fəaliyyəti.”.

4. “Koronavirus (COVID-19) infeksiya­sının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarı ləğv edilsin.

5. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası­nın ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart tarixli 122 nömrəli və “Koronavi­rus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haq­qında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 aprel tarixli 125 nömrəli Qərarının 2-ci hissəsi ləğv edilsin.

6. “Koronavirus (COVID-19) infeksiya­sının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 126 nömrəli Qərarı ləğv edilsin.

7. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uza­dılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli 144 nömrəli Qərarının 5-ci hissəsi ləğv edilsin.

8. “Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin 27 aprel 2020-ci il tarixindən aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 24 aprel tarixli 147 nömrəli Qərarının 5-ci hissəsi ləğv edilsin.

9. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadıl­ması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 1 may tarixli 163 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

9.1. 3.1-ci bənddə “2 aprel” sözləri “30 mart” sözləri ilə əvəz edilsin;

9.2. 5.2-ci bənddə “qeyri-iş günlərində” sözləri “xüsusi karantin dövründə” sözləri ilə əvəz edilsin;

9.3. 6-cı hissə ləğv edilsin.

10. Bu Qərar 2020-ci il 18 may tarixindən qüvvəyə minir.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə