Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çempionlar Liqasında oyunların vaxtı bilindi

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün bərpa olunacağı tarix bilinib.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, koronavirusa görə təxirə salınan 1/8 final mərhələsinin cavab oyunları avqustun 7-də başlanacaq.

İlk oyun günündə "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) (ilk oyun 2:1) və "Yuventus" (İtaliya) - "Lion" (Fransa) (ilk oyun - 0:1) matçları keçiriləcək.

 "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) (ilk oyun 1:1) və "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) (ilk oyun - 3:0) qarşılaşmaları isə avqustun 8-də baş tutacaq.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

16 2020 10:20 - İDMAN
İDMAN
4 İyun 2020 | 22:54
PSJ Belyerinlə maraqlanır

Köhnə versiyamızdan xəbərləri izlə