Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Respub­lika Günü münasibətilə Sizə və xalqınıza Malta Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan yaxşı münasibətlər xalqla­rımızın qarşılıqlı mənafeyi naminə bun­dan sonra daha da möhkəmlənməkdə davam edəcəkdir. İnanıram ki, qarşılıqlı maraq kəsb edən sahələrdə, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün ölkələrimiz qarşısında aşkarlanması zəruri olan çoxsaylı imkanlar mövcuddur.

Bundan əlavə, COVID-19 pandemiya­sının yayılması ilə bağlı yaranmış mövcud şəraitdə beynəlxalq ictimaiyyətin həmrəylik nümayiş etdirməsi və bütün ölkələrin bəşəriyyət qarşısında presedenti olmayan bu çətinliyin öhdəsindən gəlmələri üçün güclərini birləşdirmələri mütləqdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Zatı-aliləri, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Corc VELLA
Malta Respublikasının Prezidenti

16 2020 00:20 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə