Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-aprel aylarında 22,4 milyard manatlıq ÜDM istehsal olunmuşdur

2020-ci ilin yanvar-aprel aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq 22 milyard 400,5 milyon manat təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 faiz artmış, qeyri neft-qaz sektorunda isə 0,8 faiz azalmışdır.

ÜDM istehsalının 39,3 faizi sənaye, 10,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi tikinti, 3,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi informasiya və rabitə, 1,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 2249,7 manata bərabər olmuşdur.

Samirə Əliyeva, 
“Xalq qəzeti”

15 2020 14:17 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə