Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarzən Zamiq Əliyevə yubiley təbriki

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dəyərli tarzənimiz, Azərbaycan Respublikasının Xalq artisti Zamiq Əliyev ilə görüşüb. Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından musiqi sənətimizin inkişafında əvəzsiz xidmətləri olan Zamiq müəllimi doğum günü və yubileyi münasibəti ilə təbrik edib. Eyni zamanda geniş fikir mübadiləsi aparılıb.

Komitə sədri Q.Paşayeva dəyərli xalq artistimiz Zamiq müəllimə bundan sonrakı yaradıcılığında da uğurlar diləyib.  Tarzən Zamiq Əliyevə təbrik məktubunda qeyd olunur:

“Azərbaycan Respublikasının Xalq artisti Zamiq Əliyevə

Hörmətli Zamiq müəllim! Siz Azərbaycan milli musiqi sənətinin inkişafında əvəzsiz xidmətləri olan dəyərli sənətkarımızsınız. Sizin milli alətimiz olan tarın ifaçılıq sirlərinin gənc nəslə ötürülməsində, onların tarzən kimi yetişməsində böyük əməyiniz vardır. Sizi yubileyiniz münasibətilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət, firavanlıq və mədəniyyətimizin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik.”  

Hörmətlə, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2020 11:38 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə