Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qədim muzey işi ən müasir dövrlərdə” adlı beynəlxalq konfrans keçiriləcək

Bu gün  "İçərişəhər" Muzey Mərkəzi Gürcüstan Milli Muzeyi ilə birgə 18 May Beynəlxalq Muzeylər Gününə həsr olunanş "Qədim muzey işi ən müasir dövrlərdə" adlı beynəlxalq "Zoom" konfrans keçirəcək.

Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yeni koronavirus pandemiyası muzey mütəxəssislərinin yaranmış qəfil vəziyyətə tez bir zamanda reaksiya vermələrinə və təcili olaraq kreativ imkanlarından istifadə etmələrinə şərait yaratdı. Bu çətin dövrdə bir çox muzeylər onlara məxsus yaradıcılıq imkanlarını nümayiş etdirməklə yanaşı müasir texnologiyalardan istifadə edərək ziyarətçilərə muzey kolleksiyalarını interaktiv formatda təqdim etmək imkanı qazandı.

Onlayn görüş bizə tarixi və coğrafi baxımdan yaxın qonşularımızın beynəlxalq təcrübələri ilə tanış olmaq imkanı verəcək. Dəyirmi masada həmçinin gürcüstanlı həmkarlarımızla muzey sahəsində gələcək əməkdaşlıq imkanları da müzakirə ediləcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 May 2020 11:13 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə