Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 170 Bakı şəhəri, 14 may 2020-ci il

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Milli Hematologiya və Transfuziolo­giya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 895 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarında (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 757) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissəsində “Bölmələrinin” sözü “Bölmələrini” sözü ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Tib­bi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı” üzrə:

2.1. adında “Bölmələrinin” sözü “Bölmələrini” sözü ilə əvəz edilsin;

2.2. 1.1-ci bənddə “B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuzio­logiya İnstitutu” sözləri “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə