Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmağa başlayıb

Dünya bazarında “qara qızıl”ın qiyməti yenidən artmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 3,36 faiz artaraq bir bareli 30,43 dollar olub. Nyu-York  Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 3,1 faiz artaraq bir bareli 26,20, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,45 faiz artaraq bir bareli 31,5 dollar olub.

Qeyd edək ki, bu ilin iyun ayından Səudiyyə Ərəbistanı hasilatı sutkada  daha 1 milyon barel, Küveyt 80 min barel, Birləşmiş Ərəb Əmirlikləri 100 min barel azaldacaqlar.

Ekspertlər bildiriblər ki, əgər hasilat daha da azalarsa dünya bazarında  “qara qızıl”ın qiyməti artmaqda davam edəcək.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

14 2020 14:24 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə