Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ov edən şəxs saxlanılıb

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən milli parkın su-bataqlıq ərazisində ov edən şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı brakonyerin Masallı rayon Xırmandalı kənd sakini İsaq Qasimov  olduğu məlum olub. Ondan ov tüfəngi və ovlanmış 2 çöl donuzu götürülüb.

Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran Rayon Polis Şöbəsinə müraciət olunub.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

14 2020 10:05 - EKOLOGİYA
EKOLOGİYA
30 İyul 2020 | 17:13
Rusiyada güclü yağışlar

Köhnə versiyamızdan xəbərləri izlə