Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ ordusuna məxsus F-22 qırıcısı Venesuela radarlarında

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-22 Raptor” stels döyüş təyyarəsi Venesuelanın hava məkanına yaxınlaşıb.

Məlumata görə, qırıcını Venesuela Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının arsenalında olan Çin istehsalı “JY-27” radarları aşkar edib.

Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı xəbərdarlıq edildikdən sonra ərazini tərk edib.

Qeyd edək ki, "F-22 Raptor" - Amerika Birləşmiş Ştatlarının Lockheed Martin, Boeing və "General Dinamics" şirkətlərinin birgə layihəsi əsasında istehsal edilən çoxməqsədli, iki mühərrikli hərbi döyüş təyyarəsi. “F-22 Raptor” qırıcıları hal-hazırda dünyada yeganə fəaliyyətdə olan beşinci nəsil qırıcı təyyarələrdir. Radarlar tərəfindən tutulması çətin olan bu bir nəfərlik qırıcı təyyarə yerdəki hərbi obyektləri məhv etmək, kəşfiyyat və radioelektron mübarizəsi aparmaq imkanına malikdir. 

Elşən AĞALAR,
“Xalq qəzeti”

14 2020 13:05 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə