Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:83) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 133
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli, “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2006-cı il 23 fevral tarixli 372 nömrəli, “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” 2011-ci il 21 dekabr tarixli 548 nömrəli, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2012-ci il 13 iyul tarixli 681 nömrəli, “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 1 fevral tarixli 810 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respubli­kasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Azərbaycan Respubli­kasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Res­publikasının 2019-cu il 3 may tarixli 1584-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 23 mart tarixli 213 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2005, № 3, maddə 171; 2016, № 2 (II kitab), maddə 267) 1-1.2.3-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesab­larının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

2. “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanının (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2006, № 2, maddə 89; 2016, № 2 (II kitab), maddə 266, № 6, maddə 1048) 2-1.2.3-cü yarımbəndində “mühasibat balansla­rının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

3. “Sumqayıt Kimya Sənaye Parkı­nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2011, № 12, maddə 1124; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2019, № 5, maddə 817) 5.1.6-cı yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesab­larının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti­nin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanının (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 690; 2019, № 5, maddə 817) 5.1.6-cı yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesab­larının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

5. “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 104, № 10, maddə 1159; 2014, № 10, maddə 1205) 8.1.6-cı yarımbəndində “mühasibat balansla­rının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yara­dılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanında (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2016, № 4, maddə 663, № 11, maddə 1820; 2017, № 5, maddə 820, № 9, maddə 1656; 2018, № 2, maddə 183; 2019, № 3, maddə 411, № 5, maddə 817) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 8.1.7-ci yarımbənddə “müha­sibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabat­larının” sözləri ilə əvəz edilsin;

6.2. həmin Fərmanla təsdiq edil­miş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi” üzrə:

6.2.1. 6.2.8-ci yarımbənddə “mü­hasibat balanslarını, mənfəət və zərər hesablarını” sözləri “maliyyə hesabatla­rını” sözləri ilə əvəz edilsin;

6.2.2. 10.3-cü bənddə “hesabatı­nı” sözü “hesabatlarını” sözü ilə əvəz edilsin və həmin bəndə “mətbu orqanda” sözlərindən əvvəl “internet səhifəsində və ya” sözləri əlavə edilsin;

6.2.3. 10.4-cü bənddə “hesabatı­na” sözü “hesabatlarına” sözü ilə və “maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabatı, maliyyə hesabatla­rını (mühasibat balansı, mənfəət və zərər hesabları, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər)” sözləri “illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Pre­zidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2017, № 12 (I kitab), maddə 2272; 2018, № 6, maddə 1201) ilə təsdiq edilmiş “Azərbaycan Sənaye Korpo­rasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

7.1. 5.4.12-ci yarımbənddə “müha­sibat balanslarının, mənfəət və zərər hesabatlarının” sözləri “maliyyə hesa­batlarının” sözləri ilə əvəz edilsin;

7.2. 6.4.13-cü yarımbənddə “mü­hasibat balansını” sözləri “illik maliyyə hesabatlarını” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2020-ci il

14 2020 04:12 - FƏRMANLAR
FƏRMANLAR
2 İyun 2020 | 02:48
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli, “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 348 nömrəli, “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 23 iyun tarixli 963 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 673-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 24 may tarixli 1421 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə