Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:83) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 133
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 8 may tarixli 442 nömrəli, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 18 mart tarixli 1121 nömrəli, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli 2032 nömrəli və “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respubli­kasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Azərbaycan Respubli­kasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Res­publikasının 2019-cu il 3 may tarixli 1584-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2014, № 5, maddə 506; 2016, № 2 (II kitab), maddə 347; 2019, № 3, maddə 469) 2.2.2-ci yarımbəndində “mühasibat balansla­rının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

2. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Preziden­tinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2015, № 2, maddə 179; 2016, № 2 (II kitab), maddə 338, № 8, maddə 1384; 2019, № 5, maddə 890) 3.2.5-ci yarımbəndində “mühasibat balansla­rının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

3. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2015, № 3, maddə 316; 2016, № 2 (II kitab), maddə 339; 2017, № 8, maddə 1521) 3.2.3-cü yarımbəndində “mühasibat balansla­rının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

4. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqın­da” Azərbaycan Respublikası Preziden­tinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 565; 2016, № 2 (II kitab), maddə 345) 1.1.3-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə he­sabatlarının” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradıl­ması haqqında” Azərbaycan Respubli­kası Prezidentinin 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2015, № 9, maddə 1043; 2016, № 2 (II kitab), maddə 344) 3.2.1-ci yarımbəndində “mühasibat balans­larının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

6. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli 2032 nömrəli Sərəncamının (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 901) 4.2.5-ci yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə he­sabatlarının” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Milli Elmlər Aka­demiyası (AMEA) Yüksək Texnologi­yalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1864; 2019, № 5, maddə 817) 6.1.6-cı yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesab­larının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2020-ci il

14 2020 04:11 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə