Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:83) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 133
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2004-cü il 11 iyun tarixli 252 nömrəli, “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2005-ci il 8 iyun tarixli 847 nömrəli, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2008-ci il 16 aprel tarixli 2761 nömrəli, “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2008-ci il 13 iyun tarixli 2868 nömrəli, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2009-cu il 20 iyul tarixli 383 nömrəli, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli 885 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” 2013-cü il 24 iyul tarixli 3017 nömrəli, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2014-cü il 10 yanvar tarixli 213 nömrəli, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 27 fevral tarixli 289 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konsti­tusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikası­nın Mənzil Məcəlləsində və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1584-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 252 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2004, № 6, maddə 456; 2016, № 2 (II kitab), maddə 350) 3-1.2.3-cü yarımbəndində “mühasibat balans­larının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 iyun tarixli 847 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2005, № 6, maddə 506; 2016, № 2 (II kitab), maddə 351) 2-1.2.3-cü yarımbəndində “mühasibat balans­larının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Hava Yolları” Qapa­lı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2008, № 4, maddə 278; 2010, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 337; 2018, № 9, maddə 1840) 2.2.3-cü yarımbəndində “və mühasibat balans­larının qəbul edilməsi” sözləri “, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasın­da yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2008, № 6, maddə 537; 2010, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 343) 2.2.6-cı yarımbəndində “müha­sibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabat­larının” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “təsdiq edilməsi” sözlərindən sonra “, mənfəətinin və zərərinin bölüşdürülməsi” sözləri əlavə edilsin.

5. “Azərbaycan Dəmir Yolları” Qa­palı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2009, № 7, maddə 563; 2015, № 9, maddə 1009; 2016, № 2 (II kitab), maddə 336) 2.1.3-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesab­larının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

6. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti­nin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 409; 2014, № 9, maddə 1027; 2016, № 2 (II kitab), maddə 341; 2017, № 8, maddə 1521, № 10, maddə 1847; 2018, № 3, maddə 463) 2.1.4-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 3017 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 848; 2016, № 2 (II kitab), maddə 346; 2019, № 5, maddə 817) 3.2.6-cı yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesab­larının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

8. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2014, № 1, maddə 26; 2016, № 2 (II kitab), maddə 348, № 3, maddə 448) 2.1.4-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə he­sabatlarının” sözləri ilə əvəz edilsin.

9. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2014, № 2, maddə 177; 2016, № 2 (II kitab), maddə 342) 3.1.4-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2020-ci il

14 2020 04:10 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə