Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:107) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 133
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi­nin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının İqtisadiy­yat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının İqtisadiy­yat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbaycan Respublikasının İqti­sadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

4. Müəyyən edilsin ki:

4.1. bu Fərmanın 1–3-cü hissələri ilə əsasnamələri təsdiq edilən Azərbaycan Respub­likasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının İq­tisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mü­vafiq olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə yuxarıda adları çəkilən dövlət xidmətlərinə keçir;

4.2. bu Fərmanın 1–3-cü hissələri ilə əsasnamələri təsdiq edilən Azərbaycan Res­publikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Respub­likasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanın­da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hər birinin yeni strukturu və strukturuna daxil olmayan tabeliyindəki qurum­ların siyahısı təsdiq edilənə qədər Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurum­lar fəaliyyətlərini davam etdirirlər və onların strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri bu Fərmanın 9.1–9.4-cü bəndləri icra olunanadək dəyişməz qalır.

5. “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 162; 2005, № 9, maddə 797; 2006, № 5, maddə 400; 2007, № 4, maddə 323, № 12, maddə 1246; 2008, № 11, maddə 972; 2009, № 10, maddə 780, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2013, № 2, maddə 111, № 7, maddə 806; 2016, № 6, maddə 1038; 2017, № 2, maddə 183, № 5, maddə 842, № 10, maddə 1783; 2018, № 12 (I kitab), maddə 2572; 2019, № 3, maddə 409; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 766 nömrəli Fərmanı) ləğv edilsin.

6. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Preziden­tinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39, № 9, maddə 1838; 2019, № 2, maddə 218, № 3, maddə 410, № 4, maddə 618, № 6, maddə 1037) 1-ci hissəsi ləğv edilsin.

7. “Azərbaycan Respublikasının İqtisadiy­yat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Anti­inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 888 nömrəli Fərmanının (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2016, № 4, maddə 693; 2017, № 1, maddə 47; 2018, № 4, maddə 658) 1-ci hissəsi ləğv edilsin.

8. Azərbaycan Respublikası Prezidenti­nin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1954) “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.3-cü bəndə “təşkilatları ilə” sözlərindən sonra “, habelə digər hüquqi və fiziki şəxslərlə” sözləri əlavə edilsin;

8.2. 2.0.22-ci yarımbəndə “metrologiya,” sözündən sonra “texniki tənzimləmə,” sözləri əlavə edilsin;

8.3. 3.0.5-ci yarımbəndə “dövlət büdcəsinə vergilərin” sözlərindən əvvəl “strukturuna daxil olan müvafiq qurum vasitəsilə” sözləri əlavə edilsin;

8.4. 3.0.88-ci yarımbəndə “reklam” sözündən əvvəl “strukturuna daxil olan müvafiq qurum vasitəsilə” sözləri əlavə edilsin;

8.5. aşağıdakı məzmunda 3.0.91-1-ci, 3.0.91-2-ci, 3.0.91-3-cü və 3.0.91-4-cü yarımbəndlər əlavə edilsin:

“3.0.91-1. strukturuna daxil olan müvafiq qurum vasitəsilə insanların həyat və sağlamlı­ğına, ətraf mühitə, əmlaka və dövlətin maraq­larına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq, malların (işlərin, xidmətlərin) yüksək, orta, aşağı risk qruplarının təyin edilmiş meyar­lar üzrə təsnifatını müəyyən etmək;

3.0.91-2. strukturuna daxil olan müva­fiq qurum vasitəsilə texniki reqlamentdə müəyyənləşdirilmiş əsas tələblərin təmin olun­ması məqsədilə istinad edilmiş standartların siyahısını təsdiq və dərc etmək;

3.0.91-3. strukturuna daxil olan müvafiq qurum vasitəsilə uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrini, habelə xarici mənşəli uyğunluq sənədlərinin tanınması nəticələrinin reyestrini aparmaq;

3.0.91-4. strukturuna daxil olan müvafiq qurum vasitəsilə istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan malla­ra nəzarət tədbirlərini həyata keçirmək, istehlak­çıların təhlükəsizliyini təmin etmək məqsədilə texniki reqlamentlərin tələblərinə uyğun olma­yan malların dövriyyədən çıxarılmasını təmin etmək və belə malların uçotunu aparmaq;”;

8.6. aşağıdakı məzmunda 5.5.3-1-ci yarımbənd əlavə edilsin:

“5.5.3-1. Nazirlik yanında dövlət xidmətlərinin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini təsdiq edir;”;

8.7. 5.5.4-cü yarımbənddə “yarımbəndinə” sözü “və 5.5.3-1-ci yarımbəndlərinə” sözləri ilə əvəz olunsun və həmin yarımbəndə “tabeliyindəki” sözündən sonra “, habelə struk­turuna daxil olan qurumların tabeliyindəki” sözləri əlavə edilsin;

8.8. 5.5.7-ci yarımbəndə “ixtisas dərəcələri” sözlərindən sonra “və baş vergi xidməti müşa­viri və ondan aşağı olan xüsusi rütbələr” sözləri əlavə edilsin.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. Azərbaycan Respublikası Prezidenti­nin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikası İqtisadiy­yat Nazirliyinin işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublika­sının Prezidentinə məlumat versin;

9.4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, onun struk­turuna daxil olmayan tabeliyindəki qurum­ların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

9.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uy­ğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanla­rının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırıl­masını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 may 2020-ci il

14 2020 04:09 - FƏRMANLAR
FƏRMANLAR
2 İyun 2020 | 02:48
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli, “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 348 nömrəli, “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 23 iyun tarixli 963 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 673-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 24 may tarixli 1421 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə