Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnvaziv kardioloqlar əməkdar jurnalistin həyatını xilas etdilər

Əməkdar jurnalist, “Xalq qəzeti”nin məsul redaktoru, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini Tahir Aydınoğlu mayın 12-də gecəyarı kəskin ürək tutması, infarktqabağı sindrom əlaməti  ilə 6 nömrəli şəhər klinikasına qəbul edilmidir. Səhər saatlarında  “Avrasiya” klinikasında  aparılan operativ angioqrafiya müayinəsi ilə jurnalistin ürəyinin 2 tac damarının tam tutulması müəyyən edilmişdir. Klinikada Tahir Aydınoğlunun ürəyinində infarktın qarşısının alınması üçün təcili həmin damarlara stent qoyulması məslətət görülmüşdür.

“Xalq qəzeti” redaksiyası əməkdaşlarının və jurnalistin həkim dostlarının köməyi ilə  “Uzmanlar” klinikasının invaziv kardioloqu, bu sahədə ölkənin ən təcrübəli mütəxəssislərindən biri  Samir Abbasovun rəhbərliyi ilə təcili əməliyyat təşkil olunmuş və uğurla keşirilmiş, əməkdar jurnalist ölümün pəncəsindən xilas edilmişdir.

Tahir Aydınoğlu əməliyyatdan sonra özünü yaxşı yaxşı hiss edir. Həmkarımız Samir Abbasov başda olmaqla, invaziv həkim Vüsal Sayılova, tibb bacıları Şölə Yarışovaya, Sara Zalovaya, Rəfiqə Aslanovaya və sanitar Cəmil Məmmədova minnətdarlığını çatdırmağı xahiş etdi. Tahir Aydınoğlu əlavə etdi ki, xüsusi karantin şəraitində qeyd edilən  tibb heyəti təcili toplaşaraq onu böhranlı vəziyyətdən çıxarmasa idi, vəziyyət faciəli sonluqla bitə bilərdi.

Ölkənin tanınmış jurnalistinin həyatını xilas etdiklərinə görə onun həmkarları da Samir Abbasovun və heyət üzvlərinin fadakarlığını xüsusi hal kimi dəyərləndirir, onlara səmimi təşəkkürlərini bildirirlər.

Məzahir Süleymanzadə,
Ahıl Jurnalistlər Məclisinin sədri

13 2020 17:04 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə