Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiyaya qarşı mübarizədə qaydalara ciddı əməl edilməlidir

Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun mart ayının sonunda Prezident İlham Əliyevə ünvanladığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilmişdir. Dövlət başçımız Rusiyanın “Mir” televiziya kanalına müsahibəsində "Bəs Ümumdünya Səhiyyə Təşkilatı bu istiqamətdə Azərbaycanın fəaliyyətini necə qiymətləndirdi?" sualına cavab verərkən bu fakta da toxunub və deyib ki, Azərbaycan dünya birliyinin məsuliyyətli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfələr verir. Bu həqiqətən də belədir.

Hazırda bütün dünyanın diqqəti sərhəd tanımayan koronavrusun qarşısının alınmasına və onunla mübarizəyə yönəlib. Virusa qarşı dövlət tərəfindən görülən tədbirlər, qoyulan qadağalar, qəbul edilən qərarlar ancaq insanların sağlamlığına istiqamətlənib. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu BAĞIROVA  karantin rejimində insanların necə davranmalı olduqları ilə bağlı cəmiyyətə bu mübarizənin ilk günündən çağırış edib. Ölkəmizin başı üstünü almış virus bəlasından qorunmaq üçün bütün səylərin brləşdirilərək Azərbaycan Prezidentinin yanında olmağa səsləyib. “Evdə qalın, sağlam qalın!”-- çağırışına əməl etməyin vacibliyini bildirib. Arzu Bağırovadan onlayn aldığımız fikirləri diqqətinizə çatdırırıq:

– Biz bu çağırışları həm sosial şəbəkədən, həm televiziya kanallarının dəvət edildiyimiz verilişlərindən, saytlardan, həm də hazırladığımız video-çarxlar vasitəsi ilə etmişik. Bu çağırışların da əsas məqsədi evdə qalmaqdır, virusdan qorunmaq və başqalarını qorumaqdır.

Qeyd edək ki, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa Prezident İlham Əliyevin xüsusi nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlərin görüldüyü danılmazdır. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır.

Mayın 7-də paytaxtda açılışı edilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya çevrilməsi mümkündür. Əziz insanlarımız, dövlətimizin koronavirusla mübarizədə  müəyyən etdiyi tələb və qaydalara, çağırışlara, qadağalara əməl edin. Bu ancaq sizin xeyrinizədir. Evdə qalmaq sizin özünüz üçün lazımdır ki, virusa yoluxmayasınız, eyni zamanda özünüzlə birgə ailə üzvlərinizi də yoluxdurmayasınız. Artıq hamıya məlumdur ki, bu virus düşdüyü səthdə 12 saata qədər qala bilir və bu da yoluxma təhlükəsinin necə böyük olduğunu göstərir. Bu yoluxma 28 gün ərzində özünü gizli saxlaya bilir. Və düşünün ki, virusa yoluxan adam bu müddətdə nə qədər insanla təmasda olursa, o qədər də insanı və onların ailəsini təhlükəyə atır, yoluxdurur. COVİD –19 məhz buna görə daha çox təhlükəlidir. Ona görə də insanın evdə qalması tək özü, ailəsi üçün deyil, geniş mənada zəncir kimi yayılaraq, insanı cənginə alan virusdan bütün xalqın qorunması deməkdir.

Aprelin 27-dən karantin rejiminin yumşaldılması, mayın 4-dən isə bir sıra iş yerlərinin açılması bəzi insanlarda arxayınlıq yaratdı. COVİD-19 xəstələrinin sayındakı artımın əsas səbəbini aprelin sonlarında havaların daha xoş, mülayim olmasına görə karantin tədbirlərinə məhəl qoymadan, sosial qorunma tədbirlərinə əməl etmədən küçələrə axışan məsuliyyətsiz vətəndaşlarımızda axtarmaq lazımdır. Əgər diqqət yetirsək görərik ki, bu artım həm də xəstəliyin daha ağır gedişi ilə xarakterizə olunur. Reanimasiya şöbələrində yatmağa məcbur olan xəstələrin artımı da bunu təsdiq edir. Bu ciddi siqnaldır. Bu gedişlə karantin tədbirlərinin, qoyulan qaydaların pozulmasına görə cəza tədbirlərinin daha da sərtləşdirilməsinin şahidi olacağıq. Çünki biz gördük ki, gün ərzindəki yoluxmaların sayı hətta 143-ə qədər yüksəldi. Unutmamalıyıq ki,  sosial izolyasiya vacibdir. Virusun kimi harada yaxalamasını kimsə bilmr. Ona görə də profilaktika tədbirlərinə əməl etmək, gigiyenaya əvvəlkindən də çox önəm vermək lazımdır. Qaydalardan biri də 65-dən artıq yaşı olanlara, ən çox da tənhalara kömək göstərmək, yaşlıların qeydinə qalmaqdır. Cünki onlar yoluxmaya daha həssasdırlar və yaş artdıqca, orqanizmin viruslara qarşı müqaviməti də azalır.

Bir daha üzümü vətəndaşlarımıza tutub deyirəm ki, bacardığınız qədər evdə qalın. Vacib hallarda bayıra çıxanda isə sosial məsafəni gözləyin, maska taxın, antiseptik vasitələrldən istifadə edin. Şəxsi məsuliyyətinizi artırın, evə qayıdarkən ilk olaraq əlləri sabunla yaxşıca yuyun.  Biz  həmişə olduğu kimi bu məsələdə də dövlətimizin yanında olmalı, onun siyasətini dəstəkləməliyik. Gəlin, hamılıqla evdə qalaq, doğmalarımızı qoruyaq, yardımlaşaqvə operativ qərargahın qoyduğu qadağalara, verdiyi qərarlara, müəyyən etdiyi tələblərə əməl edək ki, cəmiyyətimiz yaşasın, bu bəladan az itkilərlə çıxaq.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2020 10:25 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə