Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birdəfəlik ödəmə alanların müxtəlif qruplar üzrə bölgüsü

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində birdəfəlik ödəmə (190 manat) proqramı ilə əhatə olunan şəxslərin cins, bölgə və yaş qrupları üzrə bölgüsü barədə də məlumat verib.

İişsiz və xüsusi karantin rejiminə görə qazancını itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsə aprel ayı üzrə birdəfəlik ödənişin edildiyini deyən nazir onların 55 faizinin kişilər, 45 faizinin qadınlar olduğunu deyib.

S.Babayev bildirib ki, birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlardır. Qalan 68 faizi isə respublikanın digər bölgələrinin sakinləridir.

Nazir həmçinin birdəfəlik ödəmə verilənlərdən 8 faizinin 20 yaşa qədər, 42 faizinin 20-30 yaş arası, 25 faizinin 30-40 yaş arası, 14 faizinin 40-50 yaş arası olanlar, qalan 11 faizinin isə 50 yaşdan yuxarı şəxslər təşkil etdiyini bildirib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2020 10:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə