Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya dövründə də islahatlar uğurla davam edir

İndi dünya öz tarixinin yeni inkişaf mərhələsinə qədəm ­qoyub və hətta ən qabaqcıl ölkələr belə koronavirus bəlası ­ilə ­bağlı böyük problemlərlə üzləşiblər. Ancaq ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nisbətən nəzarət altında saxlanılır. Bu gün hamı yaxşı bilir ki, əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, indi ölkəmizdə xəstələrin sayı ­qat-qat çox olardı.

Prezident İlham Əliyev deyir: “Həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq.” İslahatlar yeniləşməyə yol açır.Biz bu çətin yolu cənab Prezidentimizlə birgə irəliyə doğru addımlayırıq.Və bu yolun başında xoşbət günlərimizin dayandığını da yaxşı bilirik.
Bu gün Azərbaycanda struktur islahatları uğurla davam etdirilir.Prezident bildirib ki, yaranmış vəziyyətdən çıxmaq, iqtisadiyyatımızı bərpa etmək, insanların hamısını öz iş yerinə qaytarmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır – həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə.
Aparılan kadr islahatlarının nəticələri sevindiricidir. Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilmişdir. Cənab Prezident deyir: “Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin”.
Ancaq hələ də aramızda korrupsiya və rüşvətxorluqla məşğul olan insanlar da tapılır. Prezidentimizin belələri haqqında fikri qətidir: bu vicdansızlıqdır, belə insanlara aramızda yer yoxdur. Onlar layiq olduqları cəzanı alacaqlar.
Beynəlxalq aləmdə ölkəmizin nüfuzu getdikcə artır. Bir müddət əvvəl dövlət başçımızın Türk Şurasının ölkə başçılarının iştirakı ilə Zirvə görüşünü keçirmək təklifi və təşəbbüsünün yüksək qiymətləndirilməsi, eləcə də görüş əsasında COVID-19-la mübarizə istiqamətində irəli sürdüyü fikirlərin dəstəkənməsi, həmçinin Azərbaycanda həyata keçirilən təxirəsalınmaz işlərin nümunə olaraq digər ölkələrdə tətbiqi də belə qənaətə gəlməyə zəmin yaradır . 
Qoşulmama Hərəkatının təmas qrupu formatında baş tutan Zirvə toplantısı da bu addımların davamıdır. Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də video­konfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha diqqətə çatdırdı ki, ölkəmiz üçün priotitet məsələ insanların sağlamlığı və sosial müdafiəsinin gücləndirilməsidir. 
Prezidentimiz belə çətin günlərdə təhsilə qayğısını da əsirgəmir. Bu yaxınlarda ölkə başçısı Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən bu vəzifələrin icrası üçün Təhsil Nazirliyinə 20 milyon manat vəsait ayrılmışdır.Rəhbərlik etdiyim Bakı şəhəri Nəsimi rayonu 35 nömrəli tam orta məktəbin təmiri üçün də bu vəsaitdən pay düşmüşdür. Mən cənab Prezidentimizə təhsilə göstərdiyi bu qayğıya görə dərin minnətdarlığımı bildirir, müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi yolunda ona uğurlar arzulayıram. 

 

Rəna NAİBOVA, 
Bakı şəhəri, Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin direktoru

7 May 2020 21:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə