Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 166 Bakı şəhəri, 6 may 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respubli­kası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2001-ci il 2 avqust tarixli 132 nömrəli və “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoru­ğunun xəritəsinin təsdiq edilməsi haqqında” 2016-cı il 23 may tarixli 198 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Şəki şəhərinin tarixi hissəsinin qo­runması haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2016-cı il 19 yanvar tarixli 1718 nömrəli Sərəncamının 3.6-cı bəndinə əsasən Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555; 2005, № 11, maddə 1065; 2006, № 12, maddə 1161; 2007, № 7, maddələr 737, 738; 2008, № 1, maddə 36, № 2, maddə 104, № 6, maddələr 582, 584, 586, № 7, maddələr 680, 681, 682; 2009, № 7, maddə 609, № 10, maddə 848; 2010, № 6, maddə 566, № 7, maddə 704, № 8, maddə 760; 2012, № 3, maddə 264, № 6, maddə 636; 2013, № 3, maddə 338, № 4, maddə 440, № 6, maddə 727, № 10, maddələr 1201, 1213; 2014, № 1, maddə 57, № 5, maddə 586, № 7, maddə 911; 2015, № 4, maddələr 460, 480, № 7, maddələr 887, 900, № 10, maddə 1216; 2016, № 5, maddə 956; 2018, № 5, maddə 1123, № 10, maddə 2144; 2019, № 6, maddə 1151, № 8, maddə 1449) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Dünya əhəmiyyətli daşın­maz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsinin 20-ci hissəsinin “Abidənin adı” sütununa, 2 nömrəli əlavə – “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsinin “Yu­xarı Baş” Tarix Memarlıq Qoruğu” hissəsinin adına və 3 nömrəli əlavə - “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinin “Yuxarı Baş” Tarix Memarlıq Qoruğu” hissəsinin adına “Yuxarı Baş” sözlərindən sonra “Milli” sözü əlavə edilsin.

2. “Yuxarı Baş” Dövlət tarix-me­marlıq qoruğunun xəritəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2016-cı il 23 may tarixli 198 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2016, № 5, maddə 958) adında və 1-ci hissəsində “Dövlət” sözü “Milli” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə