Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezi­dentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduqları vəzifədən azad edilsinlər:

Aslan Kalbalı oğlu Kalbalıyev – Ali Məhkəmənin hakimi

İlham Bayram oğlu Əhmədov – Bakı Apellyasiya Məhkəməsinin hakimi

Fehruz Novruz oğlu Abbasov – Şirvan Apellyasiya Məhkəməsinin hakimi

Mübariz Rahil oğlu Hüseynov – Şəki Apellyasiya Məhkəməsinin hakimi

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

S.QAFAROVA
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 5 may 2020-ci il

6 May 2020 00:45 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə