Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiya­sının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respubli­kasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Vəfaddin Ələm oğlu İbayev

Akif Əsgər oğlu İsgəndərov

Əli Səlim oğlu Seyfəliyev

Qürbət Ağa oğlu Əsgərov

Ramin Afad oğlu Qurbanov

Ziya Allahverdi oğlu Şirinov

Anar Vəzir oğlu Tanrıverdiyev

Emin Əlixan oğlu Mehdiyev

Rəşad Məhəmməd oğlu Həsənov

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

S.QAFAROVA
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 5 may 2020-ci il

6 2020 00:45 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə