Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çində koronavirusdan sağalan bir neçə xəstə sonradan ölüb

Həkimlər hazırda koronavirus xəstələrinin sağalandan sonra ağciyərlərində təhlükəli virusun hissəciklərinin uzun müddət gizli qala biləcəyini araşdırırlar. Bunu heç bir standart testlə təyin etmək mümkün deyil.

Çin alimləri elmi dərgidə koronavirusdan sağalıb, testi neqativ çıxandan sonra evə gedən xəstələrdə baş verən patoloji dəyişiklik və hətta ölüm hallarını tədqiq edən araşdırmalarını paylaşıblar. Çin virusoloqları 78 yaşlı koronavirus xəstəsinin infeksiyasını müayinə edirlər. Müalicədən sonra 2 dəfə aparılan yaxma analizi testi neqativ göstərdi. Komputer tomoqrafiyası da normal vəziyyət göstərmişdi. Lakin evə yazıldıqdan 12 gün sonra xəstə ürək tutmasından öldü.

Meyitin müayinəsi göstərdi ki, xəstənin ağciyərlərində hələ də COVID hiccəsikləri var idi, lakin onlar orqanizmdə heç bir simptom göstərmirdilər. Amma ürək, qaraciyər və beyində virus yox idi. Tədqiqatçılar bu qərara gəldilər ki, virus hissəciklərinin lokallaşdırılması və virusun müalicəsində həkimlər üçün təlimatların təkmilləşdirilməsinə ehtiyac var və müalicənin effektivliyi başqa metodlarla təsdiqlənməlidi.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 2020 10:20 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə