Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Andjey Dudaya

Hörmətli cənab Prezident!

Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xal­qı adından ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bugünkü səviyyəsi, qarşı­lıqlı faydalı əməkdaşlığın genişlənməsi məmnunluq doğurur. İnanıram ki, strateji tərəfdaşlıq münasibətlərimiz xalqlarımızın rifahı naminə bundan sonra daha da dərinləşəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Polşa xalqına daim rifah arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2020-ci il

3 May 2020 04:23 - MƏKTUBLAR
MƏKTUBLAR
24 Yanvar 2021 | 18:04
Xalq artisti Eldar Quliyevə
23 Yanvar 2021 | 21:20
Xalq artisti Eldar Quliyevə

Köhnə versiyamızdan xəbərləri izlə