Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 160 Bakı şəhəri, 1 may 2020-ci il

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunu­nun 25-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilsin:

1.1. qida məhsullarının ticarəti üzrə fəaliyyət;

1.2. ictimai-iaşə müəssisələrinin fəaliyyəti;

1.3. turizm və hotelçilik fəaliyyəti;

1.4. ictimai nəqliyyatın fəaliyyəti;

1.5. vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti;

1.6. müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti.

2. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı metodiki göstərişləri təsdiq etsin:

2.1. “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

2.2. “İctimai iaşə müəssisələrində korona­virus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

2.3. “Turizm və hotelçilik sektorunda koro­navirus (COVİD-19) infeksiyasının profilaktikası­na dair metodiki göstərişlər”;

2.4. “İctimai nəqliyyatda koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

2.5. “Vətəndaşların qəbulunu həyata keçirən qurumlarda koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

2.6. “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə