Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 159 Bakı şəhəri, 1 may 2020-ci il

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayan­ların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayan­ların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (II kitab), maddə 1641) 1-ci hissəsinin “Komissiyanın üzvləri” bölməsində “Hicran Hü­seynova” sözləri “Bahar Muradova” sözləri ilə, “Musa Ələkbərov – Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri” sözləri “Mehman Tağıyev Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə